Bu yollarda sıxlıq var - Siyahı

Bu yollarda sıxlıq var
Oxunma sayı: 847

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən “Qafqazinfo”ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospekti Çermet körpüsündən başlayaraq 20 Yanvar dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsşməyə qədər, 20 Yanvar dairəsindən başlayaraq Koroğlu metrosu istiqamətdə Çermet körğüsünə qədər sıxlıq müşahidə edilir;

2. Moskva prospekti Bakı-Sumqayıt şosesi istiqamətində və Avtovağzalın qarşısından başlayaraq 20 Yanvar dairəsinə kimi sıxlıq müşahidə edilir;

3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq Çıraq plazanın qarşısına qədər, Bakıxanov körpüsünün ilə kəsişmədən başlayaraq Moskva prospekti ilə kəsişməyə qədər;

4. Neftçilər prospekti Azneft dairəsi ilə kəsişməyə qədər;

5. Heydər Əliyev prospekti kənar yolda Heydər Əliyev Mərkəzinin qarşısına qədər;

6. Bakı-Sumqayıt şosesi Xırdalan dairəsinə qədər sıxlıq müşahidə edilir.