Bu universitet publik hüquqi şəxsə çevrildi

Bu universitet publik hüquqi şəxsə çevrildi
Oxunma sayı: 4158

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Universitetin yeni Nizamnaməsi də təsdiqlənib. Nizamnaməyə görə, universitetin fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada universitetin idarəetmə orqanları həyata keçirirlər. Agentlik universitetdə plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər. Universitetin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir. Universitetin fəaliyyətinə nəzarətin digər formaları “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.