Bu tarixdən İrəvan-Antalya uçuşları başlayır

Bu tarixdən İrəvan-Antalya uçuşları başlayır
Oxunma sayı: 2349

İyunun 14-dən “FlyOne Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.

“Qafqazinfo” "Sputnik-Armeniya"ya istinadən xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.

Bundan əvvəl Türkiyənin aviasiya hakimiyyəti “FlyOne Armenia” nın Avropa ölkələrinə uçuşlar üçün onun hava məkanını keçməsindən imtina edib. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.

Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir.