Bu şirkət pandemiyada 7 milyard dollar itirib

Bu şirkət pandemiyada 7 milyard dollar itirib
Oxunma sayı: 597

ABŞ-ın böyük hava nəqliyyatı şirkətlərindən olan “United Airlines” koronavirus pandemiyasının təsiri ilə ötən il 7,1 milyard dollar zərərə uğradığını açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə şirkət 2020-ci ilin dördüncü rübünə aid hesabatda məlumat verib. 

İlin son rübündəki zərər isə 1,9 milyard dollardır.

Qeyd olunub ki, şirkət 2019-cu ildə 10,9 milyard dollar qazanc əldə edib.