Bu şəhərdə ilk dəfə afroamerikalı mer seçildi

Bu şəhərdə ilk dəfə afroamerikalı mer seçildi
Oxunma sayı: 921

ABŞ-da 2014-cü ildə qaradərili yeniyetmənin polis tərəfindən öldürüldüyü və daha sonra şiddətli etirazların baş qaldırdığı Missuri ştatının Ferqüson şəhərində ilk dəfə afroamerikalı qadın mer seçilib.

"Qafqazinfo" "Associated Press" nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı afroamerikalı Ella Cons 54 faiz səslə rəqibi Hizer Robinetə qalib gələrək şəhərin yeni meri seçilib. Bildirilib ki, o 2015-ci ildən Ferqüson Şəhər Şurasının üzvü kimi fəaliyyət göstərib. Daha əvvəl isə bir kosmetika şirkətində satış direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ferqüsonda 2014-cü ildə Maykıl Braun adlı qaradərili bir yeniyetmənin Darren Uilson adlı polis məmuru tərəfindən öldürülməsindən sonra kütləvi iğtişaşlar baş qaldırmışdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi