Bu gün saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb.
Bu haqda “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, dolunun diametri 25-30 mm olub.
***
Oğuz rayonunun Xalxal kəndinə dolu düşüb, Xalxal çayından sel keçib.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, iyunun 1-də saat 19.40 radələrində Oğuz rayonu Xalxal çayından sel keçib, diametri 25-30 mm olan dolu düşüb.
***
Qəbələ rayonuna da dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, iyunun 1-də saat 21.00 radələrində Oğuz rayonunun Filfilli kəndinə saat 19.30-19:50 radələrində , Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.
Ağdam,Daşkəsən, İsmayıllıda güclü külək əsir.