Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc tapıldı

Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc tapıldı
Oxunma sayı: 1680

İsraildə həvəskar dalğıc xaçlılardan qaldığı və 900 illik olduğu güman edilən qılınc tapıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Antik Əşyalar Qurumu məlumat yayıb.

Bildirilib ki, qılıncı Şlomi Katzin adlı dalğıc Aralıq dənizi sahillərində dalış əsnasında aşkarlayıb.

O, qılıncı dənizdən çıxararaq, müvafiq dövlət qurumlarına verib.

Üzəri dəniz qabıqları ilə örtülən bir metr uzunluqdakı qılınc təmizlənib restavrasiya edildikdən sonra sərgilənəcək.

Qılıncı tapan Katzinə təşəkkür sertifikatı verilib.