Bu ölkədə sərt karantin 3-cü dəfə uzadıldı

Bu ölkədə sərt karantin 3-cü dəfə uzadıldı
Oxunma sayı: 3068

Avstriyada sərt karantin rejimi üçüncü dəfə uzadılıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə federal kansler Sebastian Kurts bildirib. Ölkədə yoluxma hallarının yüksək olması, eyni zamanda yeni mutasiyanın yayılması səbəbindən sərt karantin fevralın 7-dək uzadılıb.

Yeni qaydalara əsasən, budəfəki sərt karantin zamanı həm ticarət obyektlərində, həm də ictimai nəqliyyatda FFP2 maskalarından istifadə məcburi olacaq.

Tədris müəssisələrinin fəaliyyəti distant formada davam etdiriləcək.




asssssssssssssssssss