Bu ölkədə ən aşağı temperatur rekordu qeydə alındı

Bu ölkədə ən aşağı temperatur rekordu qeydə alındı
Oxunma sayı: 5460

Monteneqronun şimalındakı Taşlıka bölgəsindəki Kosanitsa bələdiyyəsində ölkədə bu vaxta kimi qeydə alınan ən aşağı temperatur rekordu qırılıb.

“Qafqazinfo” xəbər verir ki, Kosanitsada havanın temperaturu -33,2 dərəcə selsiyə enib.

Qeyd edək ki, ölkədə indiyə qədər ölçülən ən aşağı temperatur 1985-ci ildə Rojaye şəhərində -32 dərəcə olaraq qeydə alınmışdı.