Bu ölkə ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edildi

Bu ölkə ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edildi
Oxunma sayı: 2839

ABŞ Prezidenti Co Bayden Kolumbiyaya ölkəsinin NATO xaricindəki əsas müttəfiqi statusunu verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə C.Baydenin Ağ Ev tərəfindən dərc edilən memorandumunda bildirilir.

“Prezident kimi səlahiyyətlərim çərçivəsində Kolumbiyanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edirəm”, - deyə memorandumda deyilir.