“Bu il Avropa ilə ticarətin həcmi rekorda çatacaq” - Mikayıl Cabbarov

“Bu il Avropa ilə ticarətin həcmi rekorda çatacaq”
Oxunma sayı: 1009

“Bu il Azərbaycan – Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyəyə çatacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan – Aİ biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, son 10 ildə Azərbaycana Avropa İttifaqı ölkələrindən olan birbaşa investisiyaların həcmi 20 milyard dollardan çox olub. O qeyd edib ki, Aİ-dən olan 700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. 

İqtisadiyyat naziri eyni zamanda qeyd edib ki, neft və qaz məhsulları Azərbaycanın əsas ixrac malları olaraq qalıb. 

Mikayıl Cabbarov vurğulayıb ki, bu ilin ilk dörd ayında ölkənin qeyri-neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40% çox olub.

Onun sözlərinə görə, 4 ay ərzində Azərbaycanda iqtisadi artım 7,2% olub. 

Eldar Tanrıverdi