Bu halda sosial yardımın verilməsi dayandırılır

Bu halda sosial yardımın verilməsi dayandırılır
Oxunma sayı: 3085

“Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn iki ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.

“Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir”, - R.Səfərov xəbərdarlıq edib.