Bu gün Sarayevo Film Festivalı başlayır

Bu gün Sarayevo Film Festivalı başlayır
Oxunma sayı: 424

Avqustun 12-də Bosniya və Herseqovinanın paytaxtında 28-ci Sarayevo Film Festivalı başlayır.

“Qafqazinfo” xəbər verir ki, festivalın ilk günündə isveçli rejissor Ruben Östlundun “Kədər üçbucağı” filmi nümayiş olunacaq. Avqustun 19-dək davam edəcək festivalda kinosevərlər 62 ölkədən 230 filmə baxmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin izlərini silmək, paytaxt Sarayevonu yenidən mədəniyyət və incəsənət mərkəzinə çevirmək üçün təşkil edilən Sarayevo Film Festivalına bu illər ərzində dünyaca məşhur bir çox kino ulduzu qoşulub. Həmin məşhurlar sırasında Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum və başqaları var