“Qarabağ” Çempionlar Liqasının pley-off-unda - Yenilənib+Video

“Qarabağ” Çempionlar Liqasının pley-off-unda
Oxunma sayı: 11674

Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, komandamız Macarıstanda “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Qarşılaşmanı FIFA referisi Karlos del Serro idarə edəcək.

Xəbəri rus dilində oxuyun: Сегодня “Карабах” проведет ответный матч в Венгрии

Mərhələni keçən komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

9 avqust

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)

VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva

Budapeşt, “Groupama Arena”.

***

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaq.

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

Baş məşqçi: Stanislav Çerçesov

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

***

Matç başladı.

***

"Qarabağ" oyunun 7-ci dəqiqəsində hesabı açdı. Abdullah Zubir topu rəqibin qapısından keçirdi. 

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

“Qarabağ” “Ferençvaroş”a ikinci qolu vurdu. İbrahom Vadji 15-ci dəqiqədə fərqlənir.

***

3:0

İbrahim Vadji, dubl edir.

***

Traore hesab arasındakı fərqi azaldır - 3:1

***

Matç bitdi. “Qarabağ” Çempionlar Liqasının pley-off-una vəsiqə qazandı.