Bu gün neçə vaksin vurulub?

Bu gün neçə vaksin vurulub?
Oxunma sayı: 620

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1455 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 224, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 151 nəfərdir.