Bu gün neçə vaksin vurulub?

Bu gün neçə vaksin vurulub?
Oxunma sayı: 787

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 131 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 108, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 180 nəfərdir.