Bu gün Konfrans Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, həlledici matçda İtaliya “Fiorentina”sı İngiltərə “Vest Hem”i ilə üz-üzə gələcək.
Görüş Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Konfrans Liqası, final
23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, “Eden Arena”.