Bu gün Bakıda küləyin yaratdığı mənzərə... - Fotolar

Bu gün Bakıda küləyin yaratdığı mənzərə...
Oxunma sayı: 7660

Məlum olduğu kimi, bu gün ölkə ərazisində küləkli hava şəraiti hökm sürür.

"Qafqazinfo"nun xəbərinə görə, güclü külək daha çox Bakıda əsib. Belə ki, paytaxtda küləyin sürəti 35 m/s-dək güclənib.

Nəticədə güclü külək paytaxtın müxtəlif ərazilərində fəsadlara yol açıb. Günorta saatlarında isə metronun 28 May stansiyası yaxınlığında bir qadının üzərinə dəmir düşüb, nəticədə o, hadisə yerində keçinib.

Gün ərzində Bakıda lentə alınan görüntüləri təqdim edirik: