Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları görüşəcək

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları görüşəcək
Oxunma sayı: 668

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə “Qafqazinfo” Xarici İşlər Nazirliyinə istinadən bildirir.

Görüşlər zamanı ölkələr arasındakı əlaqələr, regional məsələlərə dair son proseslər və əməkdaşlığın daha da yaxşılaşdırılması üçün atıla biləcək addımların ikitərəfli və üçlü formatda müzakirəsi planlaşdırılır.