Bu əsərin 30 milyon dollara satılacağı gözlənilir - Foto

Bu əsərin 30 milyon dollara satılacağı gözlənilir
Oxunma sayı: 2230

Meksikalı rəssam Frida Kalonun avtoportreti hərraca qoyulub.

"Qafqazinfo" xəbər verir ki, Britaniya mərkəzi hərrac evi Sotebi (Sotheby's) tərəfindən satışa çıxarılacaq əsərin 30 milyon dollara satılacağı gözlənilir.

Əsər 22-25 oktyabr tarixlərində Londonda sərgilənəcək. Daha sonra hərracın keçiriləcəyi Nyu-York şəhərinə aparılacaq. Hərrac evi Frida Kalonun avtoportretinin rekord qiymətə alıcı tapacağını gözlədiyini bildirib.

1949-cu ildə çəkilmiş “Diyego və mən” (Diego y yo) adlı avtoportretin Kalonun 2016-cı ildə satışa çıxarılan "Meşədə iki çılpaq" əsərinin hərrac rekordunu qıracağı bildirilir.