“Brüssel görüşünün nəticələrini yüksək qiymətləndiririk” - Ərdoğan

“Brüssel görüşünün nəticələrini yüksək qiymətləndiririk”
Oxunma sayı: 1496

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Qafqazinfo"nun xəbərinə görə, dövlət başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Azərbaycan və Türkiyə Prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.