Britaniyada rekord göstərici

Britaniyada rekord göstərici
Oxunma sayı: 1249

Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 1 820 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ən böyük gündəlik artım olub.

“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 38 905 nəfər “COVID-19”a yoluxub.

Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 3,5 milyondan çox insan koronavirusa yoluxub, 93 290 xəstə isə vəfat edib.