Britaniyada daha 36 nəfər meymunçiçəyinə yoluxdu

Britaniyada daha 36 nəfər meymunçiçəyinə yoluxdu
Oxunma sayı: 1361

Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə daha 36 yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, əvvəllər mayın 7-dən bəri 20 hadisə barədə məlumat verilmişdi.

Nazirlik meymunçiçəyinə ümumi yoluxma sayının 56-ya çatdığını açıqlayıb. Eyni zamanda bu xəstəliyə yoluxan insanlarla yaxın təmasda olanlara 21 gün ərzində özlərini təcrid etməyi tövsiyə edib.