Britaniya Cənubi Qafqazda minatəmizləmə işlərinə 500 min ayırdı

Britaniya Cənubi Qafqazda minatəmizləmə işlərinə 500 min ayırdı
Oxunma sayı: 962

Böyük Britaniya Xarici İşlər Nazirliyi Cənubi Qafqaz regionunda minatəmizləmə fəaliyyəti üçün əlavə 500,000 funt sterlinq ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.

“Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Böyük Britaniya Xarici İşlər nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə 500,000 funt sterlinq ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək”, - deyə Şarp yazıb.

Bununla da, Böyük Britaniya regionun minalardan təmizlənməsinə artıq 1 milyon funt sterlinqdən artıq vəsait ayırıb.