“Brexit” üzrə yeni razılaşma əldə olundu

“Brexit” üzrə yeni razılaşma əldə olundu
Oxunma sayı: 641

Rəsmi Londonla Brüssel “Brexit” üzrə yeni razılaşma əldə edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson məlumat verib.

“Biz yeni möhtəşəm razılıq əldə etdik...”, - deyə o, tvitter mikrobloqunda yazıb.

Conson qeyd edib ki, İngiltərə parlamenti 19 oktyabrda razılığı təsdiqləməlidir.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker də “Brexit”in şərtlərinin uğurla müzakirə olunduğunu açıqlayıb: “İstək olduğu yerdə razılaşma var. Bizim artıq razılaşmamız var! Bu, AB və İngiltərə üçün ədalətli və balanslaşdırılmış bir razılaşmadır və həll yollarını tapmağa sadiq olduğumuzu göstərir. Avropa Şurasına bu razılaşmanı təsdiq etməyi tövsiyə edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi