Braziliyada son sutkada koronavirusdan mindən çox adam öldü

Braziliyada son sutkada koronavirusdan mindən çox adam öldü
Oxunma sayı: 1042

Braziliyada son sutka ərzində daha 88 505 nəfərdə koronavirus aşkarlanıb, 1096 nəfər bu virusun qurbanı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1,713,160-a, bu virusdan ölənlərin sayı isə 67,964-ə yüksəlib.

Bundan əlavə, indiyədək 1,117,922 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi