Bakının Sabunçu rayonunda intihar qeydə alınıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
Şuşa şəhərciyində yaşayan 17 yaşlı İ.M. özünü asaraq öldürüb.
Onun meyiti müayinə olunması üçün morqa yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Yaxınlarının hüquq-mühafizə orqanın əməkdaşlarına verdiyi məlumata görə, o, özünü asmamışdan qabaq boynuna keçirdiyi iplə şəkil çəkdirib.
Həmin şəkli sevdiyi qıza göndərib.