Bolqarıstan səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Bolqarıstan səfirliyindən şəhidlərimizlə bağlı paylaşım
Oxunma sayı: 689

Bolqarıstanın ölkəmizdəki səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin rəsmi Feysbuk səhifəsində yazılıb.

“Bolqarıstanın Bakıdakı Səfirliyi 30 noyabr 2021-ci il tarixində baş vermiş faciəvi helikopter qəzasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - başsağlığında qeyd edilir.