Bolqarıstan hökumətinə etimadsızlıq səsverməsi keçirildi

Bolqarıstan hökumətinə etimadsızlıq səsverməsi keçirildi
Oxunma sayı: 459

Bolqarıstan parlamenti Baş nazir Kiril Petkovun rəhbərlik etdiyi koalisiya hökumətinə etimadsızlıq səsverməsi keçirib.

“Qafqazinfo” Bolqarıstan mediasına istinadən xəbər verir ki, səsvermə zamanı 123 deputat lehinə, 115 deputat isə əleyhinə səs verib.

Qanunvericiliyə əsasən, təşəbbüsün təsdiq olunması üçün 121 səs kifayət edir.

Etimadsızlıq səsverməsindən sonra Petkovun rəhbərlik etdiyi “Dəyişiklikləri davam etdiririk” parlament koalisiyası nazirlər şurasını formalaşdırmaq üçün yenidən cəhd etməyə mandat əldə etməlidir. Koalisiyanın cəhdi uğursuz olarsa, ikinci mandatı “GERB” partiyası əldə edəcək. Bu partiyanın da cəhdləri boşa çıxarsa, ölkə Prezidenti Rumen Radev üçüncü mandatı hansı siyasi qüvvəyə verəcəyinə qərar verəcək.