Bolduindən yeni açıqlama - “Tətiyi çəkməmişəm”

Bolduindən yeni açıqlama
Oxunma sayı: 2287

Amerikalı aktyor Alek Bolduin “Rust” filminin çəkilişi zamanı operatoru öldürən silahın tətiyini çəkmədiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, ABC kanalına müsahibəsində danışıb. 

“Xeyr, xeyr, xeyr. Mən heç vaxt kiməsə silah doğrultmadım və tətiyi çəkmədim. Heç vaxt”, - deyə o bildirib. 

Xatırladaq ki, oktyabrın 21-də "Rust" filminin çəkiliş meydançasında Bolduin epizodu məşq edərkən tapançadan atəş açıb və onun həqiqi güllələrlə dolu olduğu məlum olub. Nəticədə operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.