BMT Baş katibinin Qlobal Kommunikasiyalar üzrə müavini Melissa Fleminq qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, Fleminq bu haqda “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasları həftəsində şəhərin yollarında xaos başlayır:
“Mən həmişə velosiped seçirəm, amma bu gün sürətlə gedən və işıqforun qırmızı işığında keçən avtomobilə görə qəza keçirdim. Bəxtim gətirdi ki, yalnız kəsiklər və qançırlar oldu. Özünüzü qoruyun!”