“Bizim üçün təhlükəli məqamlar var, onları da aradan qaldırmalıyıq” - “Viktoriya”nın məşqçisi

“Bizim üçün təhlükəli məqamlar var, onları da aradan qaldırmalıyıq”
Oxunma sayı: 1381

“Viktoriya”nın məşqçisi Pavel Horvat Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunundan öncə klubun rəsmi saytına açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Plzen klubunun məşqçisi sabahkı görüş haqda bunları deyib:

 ““Qarabağ” bizim üçün xoşagəlməz rəqibdir. Onlar topu özündə çox saxlayır. Top itkisindən sonra isə aktiv pressinq edirlər. Xüsusən də qələbələrinin çoxunu qazandıqları ev matçlarında cəsarət və uğurla pressinq etdilər. Bizim üçün təhlükəli məqamlar var, onları da aradan qaldırmalıyıq”.