“Biz sizə kömək edəcəyik!” - Zelenski gürcü xalqına səsləndi

“Biz sizə kömək edəcəyik!”
Oxunma sayı: 4441

Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidə hökumət əleyhinə keçirilən mitinq iştirakçılarına audio-müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Dünən Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu aldı. Siz də bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik! Ukrayna və Gürcüstan – hər zaman birlikdədir! Gürcü dilini mükəmməl bilməsəm də, sizin xalq olan hisslərim səmimidir. Sizə uğurlar arzulayıram!”, - deyə Ukrayna lideri bildirib.

O, həmçinin Rusiya təcavüzünə qarşı Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə döyüşən Gürcüstan vətəndaşlarına təşəkkür edib:

“Biz heç vaxt təslim olmayacağıq. Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krım da bizim torpağımızdır. Döyüşlərdə bizimlə birlikdə Rusiya hərbçilərinə qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, yarası bizim yaramızdır. Bizim qələbəmiz isə sizin hər birinizin qələbəsi olacaq”, - deyə Prezident vurğulayıb.