“Biz bunu bacardıq, özü də yüksək səviyyədə” - Prezident

“Biz bunu bacardıq, özü də yüksək səviyyədə”
Oxunma sayı: 1967

Bütövlükdə isə ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Bakı şəhərində artıq iki çox böyük beynəlxalq idman yarışı keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz miqyasına görə Avropa Oyunları ikinci yeri tutur. Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Çünki bir çox ölkələr bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox ölkələr tərəddüd edirdilər ki, bunu bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də yüksək səviyyədə.

“Qafqazinfo” bildirir ki, bu sözləri Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.

“Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İsam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb.

Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır”, - deyə dövlət başçısı əlavə edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi