“Bir səyyar vergi yoxlamasına düşən vergi məbləği dörd dəfə artıb”

“Bir səyyar vergi yoxlamasına düşən vergi məbləği dörd dəfə artıb”
Oxunma sayı: 2246

“Rəqəmsal inzibatçılığın genişləndirilməsi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulması üçün xüsusi əhəmiyyət daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

“Onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq, 15,6 mlrd. manata çatıb”, - nazir bildirib.

M.Cabbarov əlavə edib ki, 2021-ci ildə ölkəmizdə özəl sektorda investisiya fəallığı kifayət qədər yüksək olub:

“Qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala investisiyalar (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3% artaraq 4,5 mlrd. AZN-ə çatıb”.

Nazir qeyd edib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir:

“2021-ci ildə #səyyarvergiyoxlamaları-nın sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90%-ə yaxınlaşıb”.