Bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb

Bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb
Oxunma sayı: 1485

Azərbaycanın bir qrup dini icma üzvlərinin Kəlbəcərə səfəri başlayıb.

"Qafqazinfo" xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə təşkil olunub. 

Səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb. 

Məqsəd Alban-Udi Xristian dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban məbədi olan Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ainin icrasını işıqlandırmaqdır.