Bir ailə göbələkdən zəhərləndi - 12 yaşlı uşaq öldü

Bir ailə göbələkdən zəhərləndi
Oxunma sayı: 3068

Qaxda göbələkdən zəhərlənmə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Tasmalı kənd sakinləri - 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, onun övladı – 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu və qohumu – 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, Qasımlı Murad Mübariz oğlu xəstəxanada dünyasını dəyişib.

***

Daxili İşlər Nazirliyi Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlarla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada göbələkdən zəhərlənmiş Qax rayonunun Tasmalı kəndində yaşayan 12 yaşlı Murad və 9 yaşlı İbrahimxəlil Qasımzadənin yerləşdirildikləri xəstəxanada öldüyü bildirilir:

“Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Murad və İ.Qasımzadə orada ölmüş, M.Qasımovun vəziyyəti orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov