“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi...”

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi...”
Oxunma sayı: 7125

Məlum olduğu kimi, Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşiblər. Buna səbəb biletin satışını təşkil edən “iTicket.az” saytının çökməsi olub.

“Qafqazinfo” xəbər verir ki, baş verənləri tanınmış idman jurnalisti, aparıcı Sənan Şəfizadə də feysbuk səhifəsində tənqid edib.

Xəbəri rus dilində oxuyun: “Сайт продажи билетов не выдержал 100 000 заходов...”

O qeyd edib ki, bilet satışı ilə məşğul olan şirkətin saytının 100 min girişə dözə bilməməsini başa düşmək çətindir: “Beş ildə bir dəfə Azərbaycan klubu pley-off oynayır, onda da normal satış təşkil etməyi bacarmırıq. Yəni Çempionlar Liqasına marağın hansı səviyyədə olacağını təxmin etmək mümkün deyildi? Görünür nüfuzlu yarışlara bilet satışını xarici şirkətlərə vermək lazımdır. Özümüz təşkil edə bilmirik. Bu qədər bəsit”.

Şəfizadə saytda bilet satışının bərpa olunmasından sonra bunları yazıb: “Sayt düzəldi. Və bütün biletlərin satıldığını göstərdilər. 5 dəqiqə sonra 4 sektorun hərəsində 54 biletin satışda olduğu göründü. Ardınca bütün yerlər, hətta VIP-nin satıldığını izlədik. Əziz “iTicket.az”, nə verir baş?”

Tanınmış texnobloqer Fərid Pərdəşünas isə bunları yazıb: “Mən razıyam sayt çöksün, 3 saat növbədə qalım, gözləyim. Amma hesabımdan pulu silmək və bilet verməməyin heç bir açıqlaması yoxdur”.