Bıçaqlandığı deyilən oğlan özünə xəsarət yetiribmiş

Bıçaqlandığı deyilən oğlan özünə xəsarət yetiribmiş
Oxunma sayı: 1217

İki gün öncə 2002-ci il təvəllüdlü Qax şəhər sakini T. İsmayılzadənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdik.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ilkin araşdırma zamanı onun hər hansı mübahisə zəminində bıçaqlanmadığı aşkar edilib. Belə ki, 20 yaşlı oğlan yaşadığı evdə mətbəx bıçağı ilə özünə xəsarətlər yetirib. İlkin məlumata görə, hadisəni törədərkən o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.İsmayılzadə kəsilmiş, deşilmiş bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Xəbəri rus dilində oxuyun: Агентский банкинг уже в Габале