“Bəzi kəndlərdə məscid tikməyə icazə vermirlər”

“Bəzi kəndlərdə məscid tikməyə icazə vermirlər”
Oxunma sayı: 1230

“Bəzi kəndlərdə illərdir məscid tikməyə icazə vermirlər. Halbuki insanlar məscidin tikilməsi üçün öz ciblərindən pul ayırmaq istəyirlər ki, dövlətə yük olmasın”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentdə deyib.

O qeyd edib ki, elə kəndlər var, orada hələ də məscid yoxdur: “Məscidlərin tikilməsinə mane olmaq lazım deyil. Amma sonradan ora din xadimlərinin seçilməsinə xüsusi diqqətlə yanaşılmalıdır”.

Günel Türksoy