Beyləqanda pambıq sahəsində kütləvi zəhərlənmə

Beyləqanda pambıq sahəsində kütləvi zəhərlənmə
Oxunma sayı: 1625

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, əkin sahəsindən qayıdan 15 nəfər zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbəri rus dilində oxuyun: В Бейлагане отравились собиратели хлопка

TƏBİB-dən verilən məlumata görə, hazırda onların vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.