Bəxtiyar Hacıyevdən açıqlama

Bəxtiyar Hacıyevdən açıqlama
Oxunma sayı: 4204

Dünən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edən siyasi fəal Bəxtiyar Hacıyev saxlanılması barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, B.Hacıyev Amerikanın səsinə açıqlamasında bildirib ki, ona qarşı olan kampaniyalarla əlaqədar hüquq-mühafizə orqanlarına etdiyi müraciətə baxılmadığı üçün bu addımı atıb: “Özümü yandırmağa çalışdım, polis əməkdaşları imkan vermədi. Prokurorluğun müstəntiqi şikayətimin nədən ibarət olması ilə bağlı məndən izahat aldı. Əgər müraciətlərimə baxılmasa, eyni addımı təkrar edəcəyəm”.

Qeyd edək ki, son günlər B.Hacıyevə aid olduğu bildirilən və şəxsi həyata dair mesajlaşmaların ekran görüntüləri yayılır. Hacıyev isə bu yazışmaların ona aid olmadığını bildirərək şantaj edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

 Həmçinin oxuyun: Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib

Bəxtiyar Hacıyev saxlanılıb? - DİN-dən açıqlama