Bəxtiyar Hacıyev saxlanılıb? - DİN-dən açıqlama

Bəxtiyar Hacıyev saxlanılıb?
Oxunma sayı: 9676

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib.

O, Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:

“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.

Həmçinin oxuyun: Çayın içindən keçib məktəbə gedirdilər, köməyə ordumuz çatdı - Foto

“44” hər yerdən görünəcək

Harada boş maşın görsə, sürüb gəzirmiş - Bakıda maraqlı hadisə

Qeyd edək ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı. 

***

Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, ona qarşı “mənəvi terror var və bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmamasına” etiraz olaraq Prezident Administrasiyasının binası qarşısında özünü yandırmağa cəhd edib.

“Mən özümü yandırmağa cəhd etdim. Polis, Dövlət Təhlükəsizliyi Xidməti və məhkəmə aylardır davam edən bir “mənəvi terror” kampaniyası var və heç biri bir nəticə vermədiyinə görə bu addımı atdım,” o qeyd edib.

O deyib ki, hüquq-mühafizə orqanları araşdırma aparmasa, bir nəticə olmasa eyni addımı təkrarlayacaq”.

Hacıyev dünən prokurorluğun müstəntiqinin ondan şikayəti ilə bağlı izahat aldığını bildirib.