“Beşiktaş” və “Şaxtyor” avrokuboklarla vidalaşdı - Yenilənib

“Beşiktaş” və “Şaxtyor” avrokuboklarla vidalaşdı
Oxunma sayı: 2473

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində  5-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.

24 noyabr

A qrupu

00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya)

00:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)

B qrupu

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya)

00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)

C qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland)

00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

D qrupu

21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya)

***

C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş Niderland "Ayaks"ını qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Türkiyə təmsilçisi 22-ci dəqiqədə Raşid Gezzalın penaltidən vurduğu qolla fasiləyə üstün yollansa da, ikinci hissədə qapısında 2 top görüb. 54-cü və 69-cu dəqiqələrdə fərqlənən Sebastyen Allye qonaqlara qələbə qazandırıb. Bu nəticədən sonra "Beşiktaş" 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offuna düşmək şansını itirib və avrokuboklarda mübarizəni dayandırıb. "Ayaks" isə qələbə sayəsində qrup liderliyini təmin edib.

D qrupunda İtaliya "İnter"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri hələlik liderliyə yüksəlib. Qrupun digər matçında İspaniya "Real Madrid"i Moldovada "Şerif"i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi 1/8 finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də "İnter"i pley-offa çıxaracaq. "Şaxtyor" isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.