“Beşiktaş” rəsmiləri Musa Qurbanlını “Marsel”lə matçda izləyəcək

“Beşiktaş” rəsmiləri Musa Qurbanlını “Marsel”lə matçda izləyəcək
Oxunma sayı: 1244

“Beşiktaş” klubunun rəsmiləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu və komandanın üzvü Musa Qurbanlını izləyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb. 

Bildirilib ki, İstanbul təmsilçisinin məşqçi heyəti Musanı izləmək üçün “Qarabağ”ın Konfrans Liqasında “Marsel”ə qarşı keçirəcəyi matçda olacaqlar. 

“Beşiktaş”ın baş məşqçisi Önder Karavelinin bu səbəbdən Antalyada “Qarabağ”ın düşərgəsini ziyarət etdiyi və Qurban Qurbanovla görüşdüyü deyilib.