“Benfika”nın avtobusuna hücum oldu

“Benfika”nın avtobusuna hücum oldu
Oxunma sayı: 546

Portuqaliyanın “Benfika” klubunun avtobusuna hücum olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə “Tondela” ilə Premyer Liqa matçından sonra baş verib. Avtobusun şüşələri qırılarkən iki futbolçu xəsarət alıb. Andriya Jivkoviç və Yulian Vayql şüşə qırıntılarından xəsarət aldıqları üçün xəstəxanaya aparılıblar. Onların ciddi yaralar almadığı deyilir.

Hadisəni “Benfika” azarkeşlərinin törətdiyi ehtimal edilir. Onların xal itkisini qəbul etməyərək, bu addımı atdığı bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi