Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Dris Mertens atdığı addımla diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, belçikalı futbolçu İstanbul təmsilçisinin zəlzələdən əziyyət çəkənlərə etdiyi yardım toplama kampaniyasına qoşulub.
O, “NEF Stadionu”ndakı təsislərə gələrək zəlzələ bölgəsinə gedən yardımların maşınlara yüklənməsinə kömək edib.
Azarkeşlər də buna görə futbolçuya təşəkkürlərini bildiriblər.