Belarus “Eurovision”la bağlı siyasi qərar verildiyini düşünür

Belarus “Eurovision”la bağlı siyasi qərar verildiyini düşünür
Oxunma sayı: 977

Belarusun dövlət kanalı BTRC-nin rəhbəri İvan Eysmont “Eurovision”dan diskvalifikasiya olunmalarına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, KİV-ə açıqlamasında Avropa Yayım Birliyinin (EBU) fəaliyyətini tənqid edib.

“Hesab edirəm ki, Avropa Yayım Birliyinin qəbul etdiyi qərar siyasi motivlidir. Musiqi bütün düşüncələri özündə cəmləşdirir”,- deyə TV direktoru qeyd edib.

Xatırladaq ki, “Galasy ZMesta” qrupunun səsləndirdiyi mahnıda siyasi mesajlara yer verilmişdi. “Ya nauchu tebya” (Mən səni öyrədərəm) mahnısında Prezident Aleksandr Lukaşenkoya sətiraltı dəstək göstərilərək müxalif qüvvələr tənqid olunmuşdu.