Bəhram Bağırzadə üzr istədi - Video

Bəhram Bağırzadə üzr istədi
Oxunma sayı: 13878

Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videosuna görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində videoya çəkdiyi şəxslə birgə görünüb və həmin hadisədən danışıb.

B.Bağırzadə bildirib ki, həmin şəxslə eyni məhəllədə yaşayır:

“İki gündür yatmıram. Narahatlıq keçirirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam”.