BƏƏ ikinci nüvə reaktorunu işə saldı

BƏƏ ikinci nüvə reaktorunu işə saldı
Oxunma sayı: 1042

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin elektrik ehtiyacını ödəmək üçün inşa etdiyi dörd nüvə reaktorundan ikincisinin işə başladığını açıqlayıb.

“Qafqazinfo” “WAM” xəbər agentliyinə istinadən xəbər verir ki, BƏƏ Nüvə Enerjisi İdarəsi ötən ilin avqust ayından etibarən qismən elektrik enerjisi istehsal etməyə başlayan “Barakah”da son işlər haqqında hesabat təqdim edib.

Bildirilib ki, ümumilikdə 4 reaktordan ibarət olan müəssisədə ikinci reaktorda elektrik istehsalına başlanılıb və ölkənin enerji xəttinə bağlantı təmin edilib.

İkinci reaktor 1400 meqavatlıq istehsal gücünə sahibdir, sıfır karbon emissiyası prinsipinə uyğun işləyir.

Qeyd edək ki, BƏƏ 2023-cü ilə qədər zavodda digər iki reaktoru işə salmağı və ölkənin elektrik enerjisinə olan tələbatının 25 faizini buradan təmin etməyi planlaşdırır. “Barakah Nüvə Təsisatı”nın ümumi dəyəri 25 milyard dollardır.